• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 22.03.2018 23:23

11 kq-dan çox narkotikin ölkəyə gətirilməsinin qarşısı alındı

KepezTV Player

Astara rayonu istiqa­mətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd su­­la­rına daxil olduğu müəyyən edil­ib. Üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqa­mətdə dövlət sərhədinin müha­fi­zə­sində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­ib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub. Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, müəyyən olunub ki, o, geriyə istiqamətlənərək Xəzər dənizinin Azər­baycana mən­sub böl­mə­sini tərk edib. Həmin ərazidə qayıq müşahidə edilib və saxlanılıb. Astara ra­yon Şah­ağacı kənd sakinləri Əliağa Quliyevlə Seymur Quliyevin sərhəd sularında üzmə qaydalarını poz­duqları müəyyən olun­ub. Axtarış tədbirlərinin davamı olaraq 1 buya bərkidilmiş 3 bağ­lama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar edilib. Saxlanılmış şəxslərin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətir­ilmə­sin­də iştirakları ortaya çıxıb. Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.