Bu günə xəbərlərin oxunma sayı: 1119
— 20.03.2018 15:43

Bölgələrdə Novruz şənliyi coşqu ilə qeyd olunub

KepezTV Player

Şəmkir rayonundada Novruz bayramı münasibəti ilə el şənliyi təşkil olunub. Heydər Əliyev mərkəzinin qarşısında keçirilən bayram qonaqları Dədə-Qorqud və Bahar qızı salamlayıb. Daha sonra bayram tonqalı çatılıb. Bu bayram xalqımızın milli mənəvi əxlaqi dəyərlərini məişətini və mətbəxini özündə əks etdirir. Novruz Dünya Azərbaycanlıları tərəfindən böyük sevinc və fəxrlə qeyd olunan ən əziz bayramdır. Çıxış edənlər dövlət səviyyəsində bayram edilən Novruzu torpağın oyanması, təbiətin canlanması, həmrəylik və birlik bayramı kimi təcəssüm ediblər. Novruz atributlarını özündə dolğun əks etdirən şənlikdə keçəllə kosanın şən zarafatları populyar müğənilərin çıxışları bayram ovqatını daha da artırıb. Tədbir şən mahnılar və rəqslər, eləcə də maraqlı viktorinlarla davam edib.

Göygöldə isə Novruz bayramı şəhər stadionunda keçirilib. Bayram təbrikləri, ən xoş istəklər, arzular səslənib. Novruz xalqımızın ən əziz bayramıdır. Bu bayramda xalqımızın torpağa məhəbbəti, yurd sevgisi, vətən eşqi, adət ənənəmiz əks olunur. Bayram tədbirində Novruzun atributları, keçəl kosanın şən zarafatları, əyləncəli oyunlar bayramı daha da yaddaqalan edib. Göygöl mədəniyyət işçilərinin bayram münasibəti ilə təqdim etdikləri rəngarəng konsert proqramı iştirakçılara xoş anlar yaşadıb, bayram tonqalı alovlanıb. Tonqal ətrafında şən rəqslər, ədəbi bədii kompazisyalar, idmançıların nümunəvi çıxışları təqdim olunub

Göygöl ictimaiyyəti eləcə Novruz bayramını N saylı hərbi hissədə əsgərlərlə birgə qeyd edib. Bayram sovqatı ilə yüklənən maşın karvanı ön cəbhədə yerləşən əsgərlərə çatdırılıb. Bu əziz gündə əsgərlərin yanında olmağın qürurverici və şərəf olduğunu deyən natiqlər belə bir inam ifadə ediblər ki, ən yaxın zamanlarda torpaqlarımız düşmən işğalından azad olunacaq, bayram tonqalları Qarabağda alovlanacaq. Sonra rayon ictimaiyyətinin bayram sovqatları əsgərlərə təqdim olunub.

Natiq Hüseyn