3 günlük Qəbələ-Şəki-Zaqatala turunu yekunlaşdıran Samux rayon məktəbliləri geri dönüblər. 9-11-ci sinif şagirdləri və onların müəllimlərində bölgənin tarixi, mədəniyyəti, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barədə dolgun təsəvvür yaranıb, rayonların inkişafını öz gözləri ilə görüblər. Qarşılanma mərasimində çıxış edənlər “Ölkəmizi tanıyaq” tur-aksiyasının əhəmiyyətindən danışıb. Eyni istiqamətdə ekskursiya edən Göygöllü məktəblilər də rayona qayıdıblar. Heydər Əliyev mərkəzinin önündə qarşılanan tur-aksiya iştirakçıları 4 gün ərzində rayonların sosial-iqtisadi inkişafı, əyləncə və istirahət mərkəzləri, turizm obyektləri eləcə də muzeylərilə tanış olublar. Ölkəmizi tanıyaq layihəsinin iştirakçıları bilik yarışına qatılıb, musiqili-əyləncəli gecələr keçiriblər. Goranboydan olan məktəblilər də şimal-qərb ragionunun gəzməli-görməli yerlərindən xoş xatirələrlə qayıdıblar. Tarix, mədəniyyət, mətbəx baxımından bölgədəki məkanlar və müasirliyin şahidi olublar. Şagirdlər Azərbaycan İntelektual Klubları Asosasiyasının təşkil etdiyi Nə? Harda? Nə zaman? bilik yarışına qatılaraq 9 rayonun 50 komandası arasında 2-ci yerin sahibi olublar. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ucar və Kürdəmir rayonlarından olan şagirdlər də geri qayıdıblar. Gəncədə bilik və bacarıqlarını nümayiş etdirən məktəblilər Intelektual yarışda komandalar üzrə 30 sualı cavablandırıblar. Nəticədə Ucar məkəbliləri fəallıq göstərərək 1-ci yeri, Sabirabad və Zaqatala şagirdləri 2-ci və 3-cü yeri bölüşüblər. İlk üçlüyə kubok, sertifikat və medallar təqdim olunub.
- Baxış: 863