• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 19.03.2018 14:32

Qənaətçil lampalar Samuxun küçələrini nura qərq edir

KepezTV Player

Enerjiyə qənaət, davamlılıq və qeyri-neft sektorunun inkişafı. Yerli istehsal olan lampalar artıq gecələr Samux küçələrini işıqlandırır.

Əvvəllər uzunluğu 1 kilometr olan küçənin işıqlandırılması üçün 1 saatda 30-40 amper enerji sərf olunurdusa yerli istehsal olan led lampalarının tətbiqindən sonra sərfiyyat təxminən 6 dəfə azalıb. Yeni lampaların işıq saçma məsafəsi də analoqlardan çoxdur.

Vüqar Əzimov - iş icraçısı: 40-45 metr ara məsafəsi ilə o dayaqlar basdırılır. Sadəcə olaraq əvvəlllər bir dayağa köhnə 250 vatlıq lampa qoyurduq. Onun iki dənəsinin yükü bir dayaqda 6 amper edirdi. İndi isə bir küçənin ümumi yükü 6 amper edir. Yəni bir dayağın bir lampanın götürdüyü yükü indi bir küçə götürür və işıq saçma effettivliyi ondan güclüdür.

Hazırda Samux şəhərinin Heydər Əliyev prospekti, Kolayır və Nəriman Nərimanov küçələrinin gecə işıqlandırılması sözügedən lampalar vasitəsi ilə həyata keçirilir. Sərfiyyata qənaət rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələrin də işıqlandırılmasını yerli istehsal olan lampalar hesabına reallaşdırmağa zəmin yaradır.

Əsgər Həsənov - Samux rayonunun baş memarı: Bu lampalar tətbiq olunandan sonra çox gözəl effekt verir. Xeyli qənaət əldə olunub. Fikir var ki rayonun digər qəsəbələrində məsələn Qarayeri, İnstitut kəndlərdən Sərkar, Ziyadlı, Çobanabdallı və Qovlarsarıda da bu gecə işıqlandırma lampalardan istifadə olunsun.

Qeyri neft sektorunun inkişafı baxımından əhəmiyyət kəsb edən yerli istehsal olan led lampaların verdiyi effekt digər şəhər və rayonlarda küçə işıqlandırılması üçün cəlbedici hesab edilir.

 

Natiq Hüseyn