Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına da seçkilərdə iştirak etmək imkanı yaradılıb. Qərb bölgəsində yaşayan Rusiya vətəndaşları Gəncədə səs veriblər. Gəncə və Qərb Regionu üzrə Rus İcmasında yaradılan məntəqə səhər saat 10-dan açıq elan edilib. Gün ərzində Gəncə və ətraf rayonlarda yaşayan Federasiya vətəndaşları məntəqəyə gələrək, öz namizədlərinə səs veriblər. Günorta saatlarınadək 20-dən artıq vətəndaş öz seçki hüququndan istifadə edib. Səsvermədə iştirak edən seçicilərin dəqiq sayı isə saat 4-də proses yekunlaşadıqdan sonra bilinəcək.
Əli Babakişiyev Rusiya vətəndaşı: “Təşkilatçılıq çox yaxşıdır. Gəldim, rahat şəkildə öz namizədimə səs verdim. Razı qaldım.
Andrey Mixalskiy Rusiya Federasiyası Səfirliyinin məsləhətçisi: “Vaxtından əvvəl səyyar seçki qutuları Gəncədən əvvəl Lənkəran və Şəkidə quraşdırılmışdı. Sabah səhər saat 8-dən axşam 8-dək Bakıda yaşayan Rusiya vətəndaşları A.Bakixanov 17 ünvanında yaradılan seçki məntəqəsinə gələrək səsverə bilərlər. Hansısa səbəbdən məntəqəyə gələ bilməyən vətəndaşlar üçün isə səyyar qutularımız mövcuddur”.
- Baxış: 781