• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 17.03.2018 15:42

17 yaşlı ARB Ulduz televiziyası...

KepezTV Player

17 il öncə tamam fərqli formatda yayıma başlayan ARB Ulduz televiziyası, bu gün kifayət qədər tamaşaçı sevgisi qazanmış bir kanal olaraq, yeni yaşını qeyd edir. 2001-ci ildə Alternativ adı ilə fəaliyyətə başlayan kanal, 2013-cü ildə konsepsiyasında yenilik edərək, formatını dəyişdirib və üstünlüyü ruhun qidası olan musiqiyə verib. Bu gün ARB Ulduz televiziyası Azərbaycanın bir nömrəli musiqi kanalıdır.

Tərlan Abbasova - proqram redaktoru: “ARB ulduz kanalında tamaşaçılara təqdim etdiyimiz kliplər bütün yaş qruplarını əhatə edir. Zövqlər fərqli olduğu üçün, biz müxtəlif janrlarda olan ən hit musiqiləri seçib, izləyicilərimizin ixtiyarına veririk.

Kanalın baxımlı verilişlərindən olan “Şou məkan”, şou-biznes nümayəndələri ilə bağlı bütün məqamları gün üzünə çıxarır.

Xəyalə İntiqam - “Şou məkan” verilişinin aparıcısı: “Artıq uzun illərdir ki, “Şou məkan” verilişi ulduzları incitmədən, onların sənət yeniliklərini və şəxsi həyatlarını təqdim edir. Bizim məqsədimiz şou gündəmi izləməkdir.  Tərəfsiz şəkildə sənət adamlarının yaxşı və pis yönlərini izləyicilərimizə çatdırırıq.

Yerli və dünya ulduzlarının sosial şəbəkələrdəki paylaşımlarından həftə içi altı gün ən maraqlı məqamları çatdıran “Virtual həyat” verilişi, məşhurların virtual reallığını qarabqara izləyir.

Aynur – “Virtual həyat” verilişinin aparıcısı: “17 il bir televiziya üçün kifayət qədər böyük bir zaman kəsiyidir. İndi televiziyalarla yanaşı sosial şəbəkələr də aktiv gündəmdədir. Biz şou əhlinin ən son maraqlı paylaşımlarını seçib təqdim edirik.

Tamaşaçıların verdiyi səslər əsasında hazırlanan, ən hit 25 klipin yer aldığı “Top 25” verilişi yeni aparıcısı ilə izləyicilərə favoritlər qazandırır.

Nigar Camal – “Top 25” verilişinin aparıcısı: “Mən televiziya sahəsinə yeni-yeni ilk addımlarımı atıram. ARB Ulduz kanalında mənim də payımın olması çox xoşdur. “TOP 25” verilişi bundan son mənim təqdimatımda daha maraqlı olacaq.

Son olaraq qeyd edək ki, 18 mart 2015-ci il tarixindən etibarən Azerspace -1 peyki vasitəsilə yayımlanan ARB Ulduz kanalının sadəcə bir məqsədi var: tamaşaçısının zövqünə xitab etmək.