• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 16.03.2018 19:04

Aktyor xəsarət aldı

KepezTV Player

Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Yasin Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb, benzin nasosu xarab olub. Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb. Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Firdovsi Məmmədovun idarə etdiyi "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Temanqızı