• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 16.03.2018 14:28

Gəncədə isveçrəli kinematoqrafçıların istehsalı olan “Haydi” filmi nümayiş etdirilib

KepezTV Player

İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami yurdunda isveçrəli kinematoqrafçıların istehsalı olan “Haydi” filmi nümayiş etdirilib. İsveçrə yazıçısı İohan Spirin “Haydi” adlı povesti əsasında çəkilən ekran əsəri körpəlikdən yetim qalan və İsveçrənin Alp dağlarında babasının yanında yaşayan azyaşlı qız – Haydinin həyatından bəhs edir. Uşaqlar üçün nəzərdə tutulan əsər dəfələrlə dünya kinematoqrafçıları və animasiyaçıları tərəfindən müxtəlif variantlarda ekranlaşdırılıb və hər dəfə də geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.