Bu günə xəbərlərin oxunma sayı: 1075
— 16.03.2018 14:20

Daşkəsəndə iri və xırda buynuzlu heyvanlara peyvəndlər vurulur

KepezTV Player

Daşkəsəndə xırda və iri təsərrüfatlarda saxlanılan iri buynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı peyvənd edilir. Artıq rayonun 14 kəndində 9 min baş heyvana peyvənd vurulub. İnfeksion xəstəliklərə yoluxmamaq üçün heyvanlar arasında qarayara və quduzluğa qarşı da profilaktik tədbirlər görülüb. Baytarlar peyvəndləmə ilə yanaşı təsərrüfat sahiblərini heyvanların saxlanması, xəstəliklərdən qorunması, eləcə də yemləmə ilə  bağlı maarifləndirir, dizinfeksiya tədbirlərini həyata keçirir.

Kamal İsmayılov – təsərrüfat sahibi: “Quşçu kənd sakiniyəm. Özümün fərdi təsərrüfatım var. Təsərrüfatlarda olan problemlərlə bağlı rayon baytarlıq idarəsinə mütamadi olaraq məlumat veririk. İndiyə kimi də aşkar olunmuş xəstəliklərlə bağlı tədbirlər görülüb, heç bir ciddi xəstəlik və yaxudda ölüm faktı qeydə alınmayıb”.

Mərdan Abbasov  – Daşkəsən Rayon Baytarlıq İdarəsinin rəisi – “Daşkəsən rayonu üzrə 24 min 463 baş iri buynuzlu heyvanlar da qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılmış, tək dırnaqlılarda 1918 baş, quduzluq xəstəliyinə qarşı qapı itlərində 2808 baş peyvəndləmə aparılmışdı. Ev quşları arasında Nuyukasl H xəstəliyinə qarşı  19 min 785 baş peyvəndləmə aparılıb. Keçən il və 2018-ci ili ərzində heç bir infeksion xəstəliklər baş verməmiş, epizotik durum tam sabitdir”.

 

Elnur Vahidoğlu