• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1853
— 16.03.2018 14:33

Üzümüçülüklə məşğul olan fermerlər marifləndirilib

KepezTV Player

Üzümçülüklə məşğul olan fermerlər ötən il bağlarda məhsuldarlığın az olamasından gileylənir. Məshuldarlığa təsir edən əsas səbəb kimi ziyanvericilərin artması göstərilir. Eyni halın bu məhsul ilində də təkrarlanmaması üçün Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun alimləri Göygöldə üzümçülüklə məşğul olan fermerlərə mübarizə tədbirlərindən danışıb.

Mahirə Vəliyeva - Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun şöbə müdiri: Ümumiyyətlə fermerlə bu günləri sərbəstdirlər. Özləri necə istəyirlər elə də edirlər. Səhvlərə yol verirlər. Dərmanların tətbiqindən düzgün istifadə etmirlər. Zərərverici və ziyanvericilərə qarşı mübarizəni düzgün təşkil edə bilmirlər.

Bunun nəticəsini isə fermerlər bağlarında görür. Dərməyə üzüm tapmayan təsərrüfatçılar ziyanvericilərə qarşı mübarizənin yetərli olmadığından şikayətçidirlər.

Ayaz Qulieyv – fermer: 3 hektar üzüm bağının hər hektarından 18 ton götürməliydim. Ancaq mən götürürəm 8-12 ton. Bu da məni qane etmir.  Ziyanvericilərə qarşı mübarizə aparırıq anca qtam öhdəsindən gələ bilmirik.

Elşən Mehtiyev – fermer: Ziyanvericilərə və xəstəliklərə qarşı həmişə mübarizə aprmağa baxmayaraq yenə də görürsən son nəticədə xəstəliklər məhslumuza ziyan verir.

Bu isə aqrotexniki qaydalara düzgün əməl etməməyin nəticəsidir. Üzüm bitkisinin xəstəlikləri, zərərvericiləri və alaq otlarına qarşı müasir mübarizə metodlarını Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun alimləri fermerlərə çatdırıb.

Mahirə Vəliyeva - Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun şöbə müdiri: Təlimin keçirilmə məqsədi bir şeydir. Üzümçülüklə məşğul olan fermrlərin mariflənməsinə tətqiqatçı fermer münasibətlərinin yaranmasına ekoloji cəhətdən təmiz məhsul bolluğuna nail olmaqdır.

İnstitutun əməkdaşları bu il ölkənin 18 rayonunda müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsinə dair elmi-praktik təlimlər keçirməyi nəzərdə tutub.

 

Natiq Hüseyn