• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2094
— 16.03.2018 11:03

Danimarkalılar adi yollar üçün 1193 at güclü hiperkar hazırladılar

Zenvo adlı Danimarka şirkəti Cenevrə motorşousunda yeni TSR-S təqdim edib. TSR hiperkarının ictimai yollar üçün nəzərdə tutulmuş bu versiyası təhlükəsizlik çərçivəsi və yarış oturacaqları ilə komplektləşdirilib. Yenilik monokok materialı ilə əhatələnib və buraya polad çərçivəaltılar bərkdilib. Bütün kuzov detallar karbondandır. Hiperkarı 5,8 litrlik V8 turbomotorla təchiz ediblər. Onun at gücü 1193-ə bərabərdir. Aqreqat 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə birləşir. 1495 kiloqramlıq avtomobil yerindən yüzü yığmaq üçün cəmi 2,8 saniyə vaxt sərf edir. Maksimal sürətsə 325 km/saatla məhdudlaşır. Modeldə həmçinin aerodinamik kuzov, karbon keramik tormoz, Michelin Pilot Sport Cup 2 şinləri və tənzimlənən asmaya rast gəlinir. Qiymət və satış barədə hələlik heç bir məlumat yoxdur.