• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1114
— 15.03.2018 13:42

“Kəpəz”in futbolçusu milliyə dəvət alıb

KepezTV Player

Mart 15-dən 24-dək Bakıda, ayın 25-dən 28-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. 24 futbolçunun dəvət aldığı yığmaya uzun aradan sonra “Kəpəz”in də oyunçusu çağırılıb. Bu cari mövsümdən komandanın kapitanı olan Şəhriyar Rəhimovdu. Komandası autsayder olsa da, premyerliqa oyunlarında özünü yaxşı tərəfdən göstərən sol cinah müdafiəçisi Qurban Qurbanovun diqqətini çəkməyə müvəffəq olub. Aşağı yaş qrupları üzrə bütün yığmaların şərəfini qorumuş futbolçu karyerası ərzində ilk dəfə əsas millidə çıxış edəcək. Rəhimov hazırlıqla yanaşı martın 23-də Bakıda Belarus, martın 27-də isə Antalyada Makedoniya yığması ilə keçiriləcək yoldaşlıq oyunlarında da heyətdə yer alacaq.

Orxan Cəfərzadə