• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 865
— 15.03.2018 16:00

Qərb regionunun məktəbliləri şimal bölgəsinə səfərə yola düşüb

KepezTV Player

Məktəblilərin Novruz bayramı günlərində asudə vaxtının səmərəli təşkili yenidən diqqət mərkəzindədir. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Gəncəbasardan olan şagirdlər Azərbaycanın şimal-qərb regionuna yollanıb.

Gəncədə Heydər Əliyev Park Kompleksindəki Zəfər tağının qarşısından yola salınan məktəblilər Qəbələ-Şəki-Zaqatala marşurutu üzrə hərəkət edəcək. 40 şagird onları müşayiət edən tur rəhbərləri ilə birgə bölgənin qədim tarixinin, zəngin mədəniyyətinin, əsrlərlə qorunub saxlanan adət-ənənələrinin, eləcə də müstəqillik illərində rayonların timsalında müşayiət olunan inkişafla yaxından tanış olacaqlar. Həmçinin tur-aksiya vasitəsilə şagirdlər tədrisdə qazandıqları nəzəri biliklərini möhkəmləndirəcəklər. Çıxışlarda ölkəmizi tanıyaq devizi altında reallaşdırılan bu layihənin mahiyyəti yüksək qiymətləndirilib. Rəsmi hissədən sonra məktəblilər marşrut üzrə yola çıxıblar.

3 gün ərzində Şəmkirdən olan məktəblilər də şimal-qərb regionu ilə tanış olmaq imkanı qazanıb. Yolasalma mərasimdə yeniyetmələrin dünya görüşünün zənginləşməsi, vətənin hər bir diyarını yaxından tanıtmaq baxımından tur-aksiyanın verdiyi töhfədən danışılıb. Bölgənin müasir həyatı, tarixi, mədəni irsi, özünəməxsus xüsusiyyətləri, sosial-iqtisadi inkişafının şagirdlərin öz gözləri ilə görməsinin əhəmiyyətinə toxunulub. Tur çərçivəsində məktəblilər intellektual oyunlar, musiqili-əyləncəli proqramlarda da iştirak edəcəklər. Rəsmi hissədən sonra şagirdlər xüsusi avtobusla səfərə çıxıblar.

“Ölkəmizi tanıyaq” layihəsinin işriakçıları arasında Göygöl təmsilçiləri də var. Onlar da Qəbələ, Şəki və Zaqatala rayonlarına ekskursiya edir. Heydər Əliyev mərkəzində təşkil olunan mərasmdə məktəblərə maarifləndirici tur-aksiyadan yararlanaraq daha dolğun məlumat toplamaq tövsiyyə edilib. 40 şagirdin qoşulduğu layihə regionun sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyəcək. Şagirdlərə, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat veriləcək. Rəsmi hissədən sonra məktəblilər yola düşüb.  

Goranboyda da tur-aksiyaya qoşulan mətkəblilərlə görüş keçirilib. Şagirdlərə Şəki, Qəbələ və Zaqatala rayonları barədə məlumat verilib, aksiya zamanı bölgənin tarixi, mədəniyyəti, milli adət-ənənələrini ətraflı öyrənmək tövsiyyə olunub. Rayonun əlaçı şagirdlərin yer aldığı heyyətə  müxtəlif qurumıarı təmsil edən nümayəndələr təhkim edilib. Səhər saatlarında baş tutan yola salma mərasimində məktəblilərə 3 gün ərzində səmərəli istirahət etmələri tövsiyyə olunub. Ardından xüsusi avtobusla yeniyetmələr ekskursiyaya yollanıb.

Şimal-qərb bölgəsinə gəzməli-görməli yerləri ilə Samux məktəbliləri də tanış olacaq. İştirakçılar tarixi abidələr, müasir tikililər, turizm obyektləri, təbiətdə olaraq asudə vaxtlarını daha səmərəli keçirəcək. Ekskursiya çərçivəsində şagirdlər Qəbələ, Şəki və Zaqataladakı tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, olimpiya kompleksləri, bayraq meydanları, rəsm qalereyaları və digər obyektləri də gəzəcək. Tur aksiya martın 18-də başa çatacaq.