• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 15.03.2018 15:37

Cəbhə bölgəsində yerləşən kəndlərdə “Kütləvi çıxarış” kampaniyası keçirilib

KepezTV Player

Qazaxın 1-ci və 2-ci Şıxlı, Aşağı və Yuxarı Salahlı kəndlərində “Kütləvi çıxarış” kampaniyası keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsi Novruz bayramı ərəfəsində səyyar xidmətdən 200-yə yaxın sakin yararlanıb. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilən dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, eləcə də kolxoz və sovxozlar tərəfindən verilən əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Elə həmin gün çıxarış verilməsi məqsədilə 50-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb. Vətəndaşlara çıxarışlar təqdim olunmaqla yanaşı, 60 nəfərə yaxın kənd  sakininə hüquqi yardım xidmətləri də göstərilib.