• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 15.03.2018 13:41

Kafeyə gələn müştəri bıçaqlandı

KepezTV Player

Bakının Nizami rayonunda,8-ci kilometr qəsəbəsində yerləşən kafelərdən birində qanlı olay qeydə alınıb.  Obyektə müştəri kimi gələn 32 yaşlı Elçin Həmidov kafe əməkdaşları ilə dava edib və nəticədə bıçaqla vurulub. Yaralı tez bir zamanda 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə barədə xıstəxanadan polisə məlumat verilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.