• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 15.03.2018 10:55

İri kupe Pininfarina 802 at güclü hibrid motora malikdir

Pininfarina atelyesi Hybrid Kinetic Group adlı Honkonq şirkətilə birgə 802 at güclü 5 metrlik hibrid kupe ərsəyə gətirib. HK GT konsept-karın güc sisteminə 4 elektromotor daxildir. Onlar iki pilləli transmissiyalarla birləşir. Batareya blokunun həcmi 20 kilovatt-saatdır. Maşında hətta akkumlyatorları enerji ilə təmin etmək üçün mikroturbogenerator da var. Prototipin gediş ehtiyatı bir dəfəyə 993 kilometrdir. Batareyalar kinetik enerjinin bərpası sistemdən qidalanır. Tam ötürücü sistemə malik 1890 kiloqramlıq avtomobil yerindən “yüzü” 2,9 saniyəyə yığır. Maksimal sürətsə 250 km/saatdır. Avadanlıq siyahısında qağayı qanadına oxşar iri qanadlar, rəqəmsal alətlər paneli, sərnişinlər önündə qatlanan ekran və ayrıca 4 oturacaq var.