• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 15.03.2018 10:49

4 ayaqlı robota rəqs etməyi də öyrətdilər

İsveçrənin Sürix texniki məktəbindən olan mühəndislər dördayaqlı Anymal robotunun bacarıqlarını genişləndiriblər. Boston Dynamicsin robotlarına bənzəyən bu qurğu daha əvvəl liftdən istifadə etməyi və maneələri dəf etməyi öyrənmişdi. İndi isə o, musiqi sədaları altında rəqs etmək qabiliyyətini göstərib. Robota quraşdırılmış mikrofon musiqinin səsini qeydə alır, xüsusi proqram onun tempini analiz edir və musiqi tempinə uyğun hərəkəti müəyyənləşdirir. Musiqi dəyişdikcə rəqs hərəkətləri də dəyişir.