Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruzun gəlişi münasibətilə bayram şənliyində iştirak edib. Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə şəhər nümayəndəliyinin dəstəyi ilə təşkil olunan tədbirdə əlil uşaqların ifasında bayram adət ənənələrini tərənnüm edən müxtəlif səhnəciklər nümayiş etdirilib. Bununla belə azyaşlılar tərəfindən bir sıra idman hərəkətləri də icra edilib. Sosiallaşma və inkişaf baxımından böyük əhəmiyyət kəsb edən belə tədbirlər təşkilat tərəfindən mütəmadi təşkil olunur.
Qəzalə Abbasova - ABYT-nin koordinatoru: Bu gün gördüyünüz kimi uşaqlar həm rəqs edir, həm şer deyirlər, kiçik tamaşalar göstərirlər, həmdə müxtəlif jestlərlə mahnı oxuyurlar. Bununlada onlar özlərini cəmiyyətin tam hüquqlu insanı olduğunu sübut edirlər.
Elton Cabbarlı
- Baxış: 940