KepezTV Player
Xaçmazda 10 yaşlı uşaq 13 yaşlı qardaşını güllələyib. Hadisə rayonun İlxıcı kəndində baş verib. Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib. Yaralı dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yeniyetmə sağ budun ön səthinin yuxarı üçdə birinin qırma yaralanması diaqnozu ilə xəstəxananın Travmatologiya şöbəsində müalicə alır, vəziyyəti qənaətbəxşdir. Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.
Zülfiyyə Telmanqızı
- Baxış: 566