• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2387
— 14.03.2018 13:22

Silsilə oğurluqlar etdi

KepezTV Player

Siyəzən şəhər sakini Rəşad Muradov Rayon PŞ-yə ərizə ilə müraciət edərək bir neçə gün bundan əvvəl iş otağından pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Zərərçəkən kisənin içərisində 40 manat pul və balansında 360 manat olan plastik kart saxlayırmış. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunazidd əməli törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hicran Qurbanov saxlanılıb. İstintaqla onun digər cinayətlərinin də üstü açılıb. Belə k, ötən ilin sentyabr ayının 1-də Hicran Qurbanovun eyni üsulla Siyəzən sakini olan bir qadının əl çantasından içərisində 5500 manat və 1900 ABŞ dolları olan pul kisəsini, həmçinin, bu ilin fevral ayının 28-də daha bir qadının içərisində 20 manat olan pul kisəsini oğurladığı məlum olub. Qurbavov bundan əlavə Sumqayıt şəhərində də eyni üsulla bir nəfərin pulunu oğurladığını etiraf edib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı