• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 14.03.2018 13:35

Maşın dərəyə aşdı, iki nəfər yaralandı

KepezTV Player

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı-Quba-Rusiya Federasiyası yolunun Ağaşirinoba kəndi ərazisində “Opel” markalı maşın yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər sakinləri - 40 yaşlı Fərrux Süleymanov və 44 yaşlı Aygün Əliyevadır. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı