• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 14.03.2018 11:01

Yeni 3 qapılı Range Rover “yüzü” 5,3 saniyəyə yığır

Cenevrə şəhərində keçirilən avtomobil sərgisində Land Rover nümayəndələri 3 qapılı Range Rover SV Coupe offroudunu təqdim ediblər. Modeldən 999 ədəd istehsal olunacaq. Onların hər birinin qiyməti təxminən 333 000 dollardır. 5 litrlik V8 benzin motorla təchiz olunan yolsuzluq maşını maksimum 565 at gücü yığır. Aqreqat ZF ASQ ilə birləşir. Yerindən ilk 100 km/saat sürəti yığmaq üçün modelə 5,3 saniyə vaxt lazımdır. 5 qapılı versiyanın o birisi ilə ümumi cəhəti yalnız kapot və baqajın qapısıdır. Qalan kuzov panelləri yenidir və əksəriyyəti alüminiumdan hazırlanıb. SV Coupe baza versiyadan klirensinin 212 millimetrədək azalması ilə də seçilir. Sürət 100 km/saatı ötərsə, klirens daha 15 mm də azalır. Yeni Range Rover 3 qapılı variantda ilin 4-cü rübündə satışa çıxarılacaq.