“Azəriqaz” Gəncə və ətraf yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində işləri davam etdirir. Bunula yanaşı mavi yanacaqla təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması üçün də intensiv işlər aparılır.
Mübariz İsgəndərov sakin:İndiyənə qədər qaz sarıdan çox əziyyət çəkirdik. Odun alırdıq, meşələrə gedirdik, pul xərcləyirdik. 40 ildir ki, bu kəndin sakiniyəm qaz olmayıb.
Məharət Əliyev sakin:Kəndimizdə sovet dönəmində belə qaz olmayıb. Evlərimizi yalnız odun və digər yanacaq növləri ilə isidirdik. Bu günə qədər də istilik sarıdan çox əziyyət çəkirik
Söhbət Göygöl rayonun Yeni Qızılca kəndindən gedir. 1965 sakinin yaşadığı kənd “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələrək qazlaşdırılır. Podratçı şirkət tərəfindən 80 km müxtəlif diametrili borular çəkilib, 478 saycağ quraşdırılıb. Xəttlərdə test sınaq işləri yekunlaşdıqdan sonra yaşayış massivinə mavi yanacağın verilməsi təmin olunacaq. Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması məqsədilə Gəncə Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisinə düşən Göygöl və Goranboy rayonlarında 4 yaşayış məntəqəsində işlərə başlanılacaq.
Azər Bayramov Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi:Hal hazırda Göygöl rayonun 4 kəndində qazlaşdırılma işi yekunlaşmaq üzrədir. Qızılca, Bəhrambağ və Sərkarlı kəndində xəttlər çəkilmiş, mənzillərə sayğaclar quraşdırılıb. Yeni Qızlca kəndində isə son tamamlanma işləri aparılır və daşıyıcı xəttin çəkilişi aparılır. Bundan əlavə olaraq daha 3 kəndin qazlaşması işi 2018-ci ildə plana salınıb və bunlar Çaykənd, Şəhriyar və Kərəmli kəndləridir
Goranboy rayonun Qazaxlar və Goranlı kəndlərində aparılan qazlaşdırılma işləri yekunlaşdıqdan sonra Həmənli kəndində qaz infrastrukturunun qurulmasına start veriləcəkdir. Gəncə Regional Qaz İstismarı İdarəsinin xidməti ərazilərinə daxil olan kəndlərinin tam qazlaşdırılması təxminən 5 minə yaxın sakninin mavi yanacaqla təmin etməyə imkan verəcək.
- Baxış: 884