Əhalinin profilaktik tibbi müayinəsi Daşkəsəndə də davam edir. Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı 2 səyyar briqada tərəfindən kəndlərdə də əhalinin sağlamlıq vəziyyəti yoxlanılır və 14 kənddə bu proses başa çatıb. Qrafikə uyğun olaraq ilk növbədə idarə və təşkilatların kollektivləri müayinə olunub. Bu günədək 11 mindən çox rayon sakini həkim müayinəsindən keçib. Səhhətində problem olan 153 nəfər ambulatory, 63 sakin isə stasionar mulicəyə cəlb olunub. 48 nəfərə isə ixtisaslaşmış xəstəxnalara müvafiq göndərişlər verilib.
Mirzəkərim Tağıyev Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi:Ən çox rast gəlinən xəstəliklər böyrək çatışmazlığı ilə bağlıdır ki onlarda respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilir. Bundan başqa əsasən yuxarı tənəffüs yollarında yaranan problemlər daha çox müşahidə olunur. Belə xəstələr isə rayon xəstəxanasında müalicə alırlar.
- Baxış: 558