• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 13.03.2018 13:52

Keçmiş məhkumun evindən külli miqdarda narkotik tapıldı

KepezTV Player

Ötən gün Balakən sakinin evindən külli miqdarda narkotik tapılması barədə xəbər vermişdik. Artıq həmin olayın təfərrüatları da məlumdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkumluq həyatı yaşayan rayonun Qullar kənd sakini,45 yaşlı Şirvan Motuxovun üzərindəki gödəkçənin cibində kağız bükülüdə qanunsuz olaraq saxladığı 6,31 qram çəkidə narkotik vasitə aşkar edilib. Şirvan Motuxovun Qullar kəndində yerləşən yaşayış evində, çarpayının altında bir ədəd sintetik kisənin içərisindəki qara rəngli sellofan torbaya yığaraq saxladığı,ümumi təmiz çəkisi 4 kiloqram 265 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.