• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 13.03.2018 13:40

Əri tərəfindən döyülən qadın xəstəxanada öldü

KepezTV Player

Lənkəranda 51 yaşlı qadın xəstəxanada ölüb. Rayonun Rvo kənd sakini, Mahirə Qafarova ötən gün gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Qafarova orada vəfat edib.Qadının yaxınları onu xəstəxanaya gətirərkən əvvəlcə yıxıldığını desələr də, sonradan əri tərəfindən döyüldüyünü bildiriblər.Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə verilib. Qeyd edək ki, qadın Lerik rayonunda ərdə olub. Hadisənin 5 gün əvvəl orada baş verdiyi deyilir.