Bu günə xəbərlərin oxunma sayı: 1280
— 12.03.2018 20:44

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib

Hadisə  rayonun İbrahimhacılı kəndində qeydə alınıb.Hərəkətdə olan  “VAZ 21012” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ 2107” yaxınlıqdakı mağazaya çırpılıb. Nəticədə rayonun Köhnəqala kənd sakinləri, 28 yaşlı Ayaz İdrisli və 27 yaşlı Nurlan Hümbətov xəsarət alıb.Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir. 

 

Elton Cabbarlı