• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 974
— 12.03.2018 15:00

Şəhriyar Məmmədyarov 2-ci turda sülh bağladı

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat tacına iddiaçıların turnirində növbəti tur arxada qalıb. Turnirin reytinq favoriti olan həmyerlimiz Şəhriyar Məmmədyarov ikinci turda ermənistanlı Levon Aronyanla qarşılaşıb. İlk görüşündə rusiyalı Sergey Karyakin üzərində qara fiqurlarla qələbə qazanan “Şah” bu dəfə ağ fiqurlarla çıxış edib. Görüşün 24-cü dəqiqəsində rəqiblər heç-heçəyə razılaşıblar. Bu nəticə ilə xalını 1.5-ə yüksəldən Şəhriyar liderlər mövqeyindəki yerini qoruyub. İti zəka sahibimizin növbəti turdakı rəqibi ABŞ təmsilçisi Fabiano Karuana olacaq.

Turnir cədvəli: Məmmədyarov, Kramnik, Karuana – hamısı 1,5 xal; Aronyan, Qrişuk, Ding - 1; Karyakin - 0.5; So – 0.

 

Orxan Cəfərzadə