• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 12.03.2018 14:26

Türk yazıçısı Tuncer Cücenoğlunun “Matruşka” əsəri Gəncədə səhnələşdirilib

KepezTV Player

Dram Teatrda oynanılan romatik komediyaya rejissor Elşad Əhmədov quruluş verib. Tamaşaçılar xoşbəxt evliliyi olmadığından başqa qadınlarla macəralar yaşayan və bu macəraları öz əsərlərinə əks etdirərək oxucu və tamaşaçılara təqdim edən bir yazıçının həyatını izləyiblər. Sevgi, yalan və xəyanətin əks olunduğu tamaşada rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa ediblər. Səhnə əsəri Azərbaycan teatrının yaranmasının 145-ci ildönümə həsr olunub.

 

Gülnar Fazilqızı