KepezTV Player
DİM-in 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının I mərhələsi Gəncədə 6 binada baş tutub. 3365 şagird qeydiyyatdan keçdiyi imtahanın gedişatına 266 nəzarətçi-müəllim və 21 imtahan rəhbəri nəzarət edib. 2 saat müddətində 9-cular 20-si ana dili, 10-u riyaziyyatdan olmaqla ümumilikdə 30 sualı cavablandırıblar. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılan 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.
Gülnar Fazilqızı
- Baxış: 540