• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 12.03.2018 14:19

Samuxun kəndlərində yaşayanlar bayram bazarlığı üçün uzağa getmədi

KepezTV Player

Samuxda Çobanabdallı kəndində təşkil edilən kənd təsərrüfatı məhsullarının yarmarkasında isə 2 ton ət və ət məhsulları, 200 kiloqram quş əti, 200 kiloqram balıq, 20 ton meyvə, 10 növ tərəvəz, 3000 ədəd yumurta, 300 litr süd, 80 litr qatıq və 10 ton un satışa çıxarılıb. Bundan başqa bayram bazarlığına aid olan digər azuqələr də alıcılara təqdim olunub. Satışa çıxarılan məhsullar bazar qiymətlərindən 30 faiz ucuz olub. İki gün ərzində 1000-dən çox sakin istədikləri məhsulu yaşadığı kənddə almaq imkanı qazanıb. Samux rayon icra Hakimiyyətində yaradılan xüsusi komissiya süni qiymət artımı ilə yanaşı məhsulların kefiyyətini də nəzarətdə saxlayır. Novruz bayramı ərəfəsində növbəti kütləvi satış yarmarkası Samux şəhərində təşkil ediləcək.  

 

Natiq Hüseyn