Növbəti videomatraialımızı Daşkəsəndə xüsusi ilə də Xoşbulaq yaylağında evi olan şəxslər mütələq izləsin. Çünki sözügedən rayonda bağlı qapılara qənim kəsilənlər var. Polisin saxladığı dəstə ictimai iaşə obyektləri, hətta Poçtdan da oğurluq ediblər.
Ötən ilin dekabrında “Azərpoçt”un Daşkəsən rayon filialının inzibati binasından bağlamaları oğurlayanlar ələ keçib. Polis əməkdaşları şübhəli qismində saxladığı Qazaxyolçular kənd sakini əvvəllər məhkumluq həyatı yaşamış 27 yaşlı Samir Namazovun cinayət əməlini tək törətmədiyi məlum olub. Onun, həmkəndliləri 31 yaşlı Amid Bağırov və 21 yaşlı Ədil Məmmədovla birlikdə evlərdən və ticarət obyektlərindən silsilə oğurluqlar törətdiyi müəyyən edilib.
Qabil Qurbanov - Daşkəsən RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi: Hal-hazırda həmin şəxlsərin Daşkəsən şəhərində 4 Qazaxyolçular və Xoşbula qkəndlərinin hər birində isə 2 oğurluq cinayətləri törətmələri sübuta yetiirlib. Faktlar istintaq tərəfindən yoxlanılır.
Saxlanılan hər üç şəxs törətdikləri oğurluq cinayətlərini səmimi etiraf ediblər. Onlar qanunsuz daxil olduqları evlərini sayını unutduqlarını deyiblər. Digər bir maraqlı məqam isə həmkəndlilərin oğurluq yolu ilə əldə etdikləri mənzil məişət əşyalarını at arabası ilə daşıması olub.
Ədil Məmmədov - saxlanılan şəxs: Dəmirlə qapılarını sıradan çıxarıb açmışıq. Evə girmişik əşyaları götürüb atlarla kənddə daşımışıq. Kəndədə bölmüşük. Sonrada evimizə çıxıb getmişik.
Samir Namazov - saxlanılan şəxs: Çox peşmana səmimi etiraf edirəm. Kiminsə evinə girib kiməsə ziyan vrumuşuqsa hamısından üzr istəyirik. Səhv etmişəm çox peşmanam.
Amid Bağırov - saxlanılan şəxs: Yaxınlaşıb girib əlimizə nə keçsə götürürdük. Gətirib zirzəmiyə qoyurduq. Tutuduğum əmələ görə çox peşmanam.
Artıq mənzillərdən oğurlanan əşyaların bir qismi dəstə üzvlərinin yaşadıqları ünvanlarda aşkarlanaraq maddi sübut kimi götürülüb. Polis əməkdaşları xüsusi ilə Xoşbulaq kəndində zərərçəkənlərin sayının artacağını istisna etmir.
Qabil Qurbanov - Daşkəsən RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi: Odur ki Daşkəsən rayonunun Xoşbulaq kəndində mövsümü istirahət evləri olan vətəndaşlardan xaiş edirik ki evlərinə baş çəkib belə hallar aşkar olunarsa Daşkəsən rayon polis məlumat versinlər. Həmin şəxslərin müvafiq əməliyyat axtarış tədbirləri davam etdirilir.
Artıq hər üç şəxsin barəsində yerli məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Natiq Hüseyn
- Baxış: 1102