• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 12.03.2018 13:32

Şagirdləri buraxılış imtahanına aparan mikroavtobus qəzaya uğradı

KepezTV Player

Yevlax şəhərində Aran-1 qəsəbə məktəbinin şagirdlərini buraxılış imtahanına aparan mikroavtobus “QAZ-53” markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 20 nəfər xəsarət alıb. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 15 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər 5 nəfərin isə vəziyyəti ağır olduğundan onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həmin şəxslərin bir nəfəri müəllim, 4 nəfəri isə məktəblidir. Onlar Ədalət Əliyev, Tavat İlyasova, Əntiqə Qoşqarlı, Rəvan Əhmədov və Manana Mehdiyevadır. Hadisə nəticəsində xəsarət alan şagirdlərdən biri əməliyyat olunub. Xəstəxanaya yerləşdirilən 5 nəfərdən 4-nün vəziyyətinin stabilləşdiyi bildirilir. Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.Şəhərin Koroğlu küçəsində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi “Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi “OKA” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Eldar Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölüb. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.Yaralılar, eləcə də, "Hunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı