• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 10.03.2018 15:54

Gəncədə könüllülük hərəkatından bəhs edən kitabın təqdimatı olub

KepezTV Player

Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərin uğurla realaşmasında  əvəzsiz xidmətləri olan könüllü gənclərin fəaliyyətindən bəhs edən kitabının Gəncədə təqdimatı olub. “Könüllü Uğur Formulu” adlı kitab Təhsil Nazirliyi və Cavan Gənclər Hərəkatı İctimai Birliyinin  dəstəyi ilə ərsəyə gəlib. Nəşrdə gənclərin könüllü kimi fəaliyyətindən, qazandıqları uğurlardan, gənclərin karyera qurmasında, eləcə də formalaşmasında könüllük fəaliyyətinin rolundan danışılır. Təqdimata könüllülərin marağı böyük olub və gənclərə 400-dən artıq kitab paylanılıb.