• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 10.03.2018 13:37

Şəmkirdə məhsul yarmarkası alıcı bolluğu ilə seçilib

KepezTV Player

Kənd təsərrüfatı məhsullarını bazardakından bir qədər ucuz qiymətə Şəmkir sakinləri də alıb. Rayonda keçirilən yarmarkaya 5 ton ət, 50 ton un, 20 min ədəd yumurta, 15 ton kartof, 10 tona yaxın meyvə-tərəvəz çıxarılıb. Müqayisədə 20-25 faiz ucuz satılan məhsullarda unun 50 kiloqramı 20 manata, mal əti 8 manata, qoyun əti 10 manata, kartof 50 qəpiyə, yumurta 10 qəpiyə təklif olunub. 350 kiloqram kərə yağı və 2 ton süd məhsulları da alıcılara 50 faiz ucuz satılıb. Alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermer və sahibkarlar tərəfindən yarmarkaya çıxarılan ərzaq məhsulları qiyməti sakinləri razı salıb. Şəmkirdə növbəti satış yarmarkaların təşkili zamanı sakinlərin təklifləri də nəzərə alınmaqla məhsulların çeşidinin artırılması nəzərdə tutulur.

Natiq Hüseyn