Sürücülük vəsiqəsi olmadan sükan arxasına oturan, mobil telefonla danışan, siqaret çəkən, vahid sürücü geyim forması olmayan, bunlar azmış kimi dayanacaqdan kənarda sərnişin mindirib-düşürtmək. Sadalananlar 24 sürücünün inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olub.
Nüşabə Kərimova sakin – “Telefonla sürücü danışır, yaxşı sürmürlər bərk sürürlər. Bir gün mən dalaşdım. Oğlan telefonla danışırdı, bəkr sürürdü. Az qaldım yıxılam. Özümü saxladım, barmağımın biri çıxdı. Bunu bir təhər yoluna qoysunlar, sürücülər öz başnalıq edirlər”.
Sərnişinlərlə rəftarda kobudluq edən, qaydalardan kənara çıxan sürücülər 3 gündür Gəncədə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin hədəfindədir.
Şəhərin üzrə təşkil edilən yoxlamalar zamanı bu gün 10 qayda pozan sürücü aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimələnib.
Turqut Cəfərov Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin məsləhətçisi – “Sərnişinlərin rastlaşdıqları hər hansı bir qayda pozuntuları ilə bağlı idarəmizin qaynar xətlərinə müraciət edib bizə məlumat verə bilərlər. Həmin qaynar xətt nömrələri sərnişin daşıyan avtobus və mikro avtobuslarda yerləşdirilib”.
Gəncədə gün ərzində 41 marşurut xətti üzrə 280 avtobus və mikroavtobus sərnişinlərə xidmət edir. Xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün reydlər bu ayın sonuna kimi davam edəcək.
Elnur Vahidoğlu
- Baxış: 1245