Bu günə xəbərlərin oxunma sayı: 1025
— 09.03.2018 14:21

Tovuzlu fermerlər həyacan təbili çalır

KepezTV Player

Tovuzlu fermerlər narahtdır. Ötən il kartof sahələrində susuzluğun yaratdığı çətinliyin bu il də təkrarlanmasından. Bununla belə rayonda kartof əkinini başa vuran təsərrüfatçılar nikbindirlər.

Akif Əzizov - Alakol kənd icra nümyəndəsi: Kəndimizin əsas məşğuliyyəti kartofçuluqdur. Ötən il 350 hektar sahədə kartof əkmişdik. Hər hektardan 30 tona qədər məhsul götürdük. Məhsul yaxşı olduğundan bu il yəni 2018 ci ildə 400 hektara yaxın sahədə kartof əkini aparılıb. Bundanda gələcəkdə yüksək məhsul götürürük.

Kartofun alıcılıq qabiliyyəti fermerləri sevindirməyə bilməz. Məhsulun satış qiyməti də gəlir əldə etməyə imkan verir.

Faiq Hacıyev – fermer: Hər il kartof əkirəm. Yaxşı məhsul götürürük. Yaxşı da qiymətə satırıq.

Nürəddin Nağıyev – fermer: Şəraitlə əlaqədər olaraq yeni çıxan kartof elə sahədəcə 30-35-40 qəpiyə satılır. Əgər saxlama kameraları inkişaf etsə yəni kamralar olarsa biz istehsal etdiyimiz kartofu saxlayıb daha yüksək qiymətə sata bilərik.

Əslində Tovuzda soyuducu kamareları var, ancaq məhsulun bolluğu kameraların sayının artırılmasını vacib edir. Digər məqam kartofçuluqla məşğul olan fermerlərin suya olan ehtiyacının tam ödənilməməsidir.

Bəxtiyar Əhmədov – fermer: Heyf ki suvarma dağ çayları vasitəsi ilə aparılır. Dağlarda quraqlıq oldu kartof təhlükədə qalır.

Bakıxan Bağırov - Tovuz Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini: Bu saat baxsaz Tovuz gölü də, Ağstafa gölü də boşdur. Bu saatda su lazımdır. Bu il yağıntı olmayıb deyə suda çox böyük problem var.

Tovuzda 2017-ci ildə 7343 hektar sahədə kartof əkilib və 170 min tona yaxın məhsul götürülüb. Bu il əkin sahəsinin 8 min hektara çatdırılaraq daha 5 min ton çox kartof yığılması planlaşdırılıb.

 

Natiq Hüseyn