• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 09.03.2018 11:03

Lagonda adlı elektrolimuzin təqdim olundu

Aston Martin Cenevrə avtosalonunda konseptual Lagonda Vision elektrokarını təqdim edib. Prototip markanın 2021-ci ildən tətbiq olunacaq yeni dizaynını özündə birləşdirir. Həmin yeni “yaşıl” modellər peyda olacaq. Lagonda Vision-un güc parametrləri açıqlanmır. Bilinən odur ki, buraya maşına birdəfəlik 640 kilometr məsafə getməyə şərait yaradan batareyalar daxildir. Bununla yanaşı, konsept-kar standart naqilsiz enerji yığmağı dəstəkləyir və hər bir təkəri idarə etməyə imkan verən tam ötürücü sistem avadanlığına malikdir. İçəridə karbon fiber, keramika, yun, kaşmir və ipək materiallarından istifadə ediblər. Lagonda Vision 4-cü avtonom səviyyəli avtopilotla təchiz olunub. Pilotsuz rejim zamanı ön oturacaqları 180 dərəcə çevirmək və konserj-servisdən yararlanmaq olar. Sərnişinlər hətta təhlükəsiz şəbəkəyə də qoşula bilərlər.