KepezTV Player
Pedaqoji təhsil verən qadınların cəmiyyətdə rolu daha fərqli və məsuliyyətlidir. Çünki onlar da gələcəyin anasını və gənclər üçün örnək ola biləcək müəllim yetişdirir. Gəncə Dövlət Universitetinin kolektivi də 8 Martq Beynəlxalq Qadınlar Gününə biganə qalmayıb. Tələblər zərifliyin, gözəlliyin və sevginin adı olan xanımları sazlı-sözlü təbrik ediblər. Təqdim olunan müxtəlif musiqi parçaları və səhnəçiklərlə əsl bayram abu-havası yaradıblar. Azərbaycan filmlərində olan qadın obrazlarının canlandırılması tədbirə xüsusi maraq qatıb. Öz ictimai fəaliyyəti ilə fəqlənən xanımlar isə universitet rəhbərliyi tərəfindən xüsusi olaraq dəyərləndiriliblər. Onlara fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
- Baxış: 557