• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 08.03.2018 16:03

Şəmkir, Göygöl və Samuxda fəal qadınlar mükafatlandırıldılar

KepezTV Player

Samux rayonunda yerli əhalinin 49 faizını qadınlar təşkil edir. Onlardan 100-ə yaxını dövlət qulluğunda çalışır. 24 məktəbə və 2 bələdiyyəyə rəhbərlik etmək qadınlara həvalə olunub. Rayonda 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təşkil olunan toplantıda Samuxlu qadınlardan 5-nin əməkdar müəllim, 3-nün isə tərəqqi medalı ilə təltfi edildiyi, daha 5 müəllimin isə qabacıl təhsil işçisi adına layiq görüldüyünə diqət çəkilib. Bu günlərdə Qarayeri qəsəbə 1 saylı körpələr evi uşaq bağçasının müdiri Tərəqqi medalı ilə mükafatlandırılıb. Bayram tədbirində Mahirə Məmmədovaya medalı təqdim edilib. Eləcə də rayonun ictimai - mədəni həyatında fərqlənən qadınlardan bir qrupu fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Şəmkirdə də zərif cinsin nümayəndələri diqqətdən kənarda qalmayıb. Rayonun ictimai həyatında fəallığı ilə seçilən qadınlardan 3-ü kənd icra nümayəndəsi, 1-i bələdiyyə sədri, 37-si məktəb direktoru kimi fəaliyyət göstərir. Son illərdə Şəmkirli qadınlardan biri əməkdar həkim, 7-si isə əməkdar müəllim adına layiq görülüb. 5 müəllim Tərəqqi medalı ilə təltif edilib. 3 pedaqoq isə qabaqcıl təhsil işçisi adını alıb. Rayonda həkim oftolmoloq olan Nüşabə Seyidova isə bir neçə gün öncə Tərəqqi medalı ilə mükafatlandırılıb. Bayram tədbirində sözügedən medal sahibinə təqdim olunub. Eyni zamanda rayonun bir qrup fəal qadını fəxri fərman və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Göygöldə isə 5 qadın əməkdar müəllim adını daşıyır, 4 nəfər Tərəqqi medalçısıdır. İlin ən yaxşı müəllimindən 4-ü rayonda çalışır. Beynəlxalq Qadın günü münasibəti ilə Göygöldə keçirilən tədbirdə rayon qadınlarından 14-nün məktəb direktoru, 6-nın bələdiyyə sədri kimi fəaliyyət göstərdiyi vurğulanıb. 3700-ə yaxın qadın müxtəlif dövlət və özəl müəssisələrdə çalışır. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla daha bir qadın Göygöl qəzetinin baş redaktoru Bənövşə Məmmədova Tərəqqi ilə təltif edilib. Bayram tədbirində rayonda fəallığı ilə fərqlənən qadınlar rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.