Bu günə xəbərlərin oxunma sayı: 1196
— 08.03.2018 16:00

Gəncədə 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş yarışı keçirilib

KepezTV Player

Yerli Olimpiya İdman Kompleksində reallaşan birinciliyin açılış mərasimində güləşin milli idman növü kimi respublikamızda çox sevildiyi, Azərbaycan pəhləvanlarının dünya və Avropa çempionatınlarında, Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiyi qeyd olunub. Bu uğurlarda Nizami yurdundan olan güləşçilərin də payı olduğu vurğulanıb. Rəsmi hissədən sonra yarışa start verilib. 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi tərəfindən təşkil olunan yarış daxili birincilik xarakteri daşığından döşək üzərində yalnız bu idman ocağının yetirmələri qüvvəsini sınayıb. Mükafatlar uğrunda 2004-2006-ci il təvəllüdlü idmançılar mübarizə aparıb. Ümumilikdə yarışda 11 çəki dərəcəsi üzrə 150 güləşçi çıxış edib.

Azad Rəfi