• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2207
— 08.03.2018 14:55

Oğurluq edən əkiz qardaşlar saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb. Onlar rayonun Köhnəxaçmaz kənd sakinləri əvvəllər məhkum olunmuş Əziz Hacıbalayev, Ruslan Hacıbalayev və sonuncunun əkiz qardaşı Kamran Hacıbalayev olduğu müəyyən edilib.Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların dekabr ayının 31-dən cari ilin fevral ayının 22-dək olan müddətdə rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsuz 3 fərdi evdən, 1 mağaza və 1 iaşə obyektindən televizor, su nasosları, müxtəlif məişət əşyaları və texniki vasitələr, su qızdırıcısı, müxtəlif növ tütün məmulatları və ərzaq məhsulları oğurlamaqla sahiblərinə xeyli miqdarda maddi ziyan vurduqları məlum olub. Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.