• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2169
— 08.03.2018 21:54

Üzərindən də, evindən də narkotik çıxdı

KepezTV Player

Üzərindən də, evindən də narkotik çıxdı. Bir dəfə azadlıqdan məhrumuyyəti onu qanunu pozmaqdan çəkinmədiyi üçün yenidən dəmir barmaqlıları qisməti olaraq qəbul etməli olacaq.

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunan Arzu Süleymanovdan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb. Süleymanovun yaşadığı evdə isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkarlanıb.

İsa Çıraqov müstəntiq:Arzu Süleymanovun bir müddət əvvəl Göygöl rayonu ərazisində kriminal aləmin görüşü zamanı baş verən insidentdə  iştirakı da istisna edilmir.

Maddi sübutlar istintaqa təhvil verilib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.