• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 08.03.2018 14:51

Biri azyaşlı olmaqla beş nəfər xəsarət aldı

KepezTV Player

Zaqatalada biri azyaşlı olmaqla ümumilikdə 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında rayonun Zaqatala-Muğanlı avtomobil yolunda qeydə alınıb. Rayonun Dağlı kənd sakini, 40 yaşlı Rüstəm Muradovun idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə Zaqatala şəhər sakini, 28 yaşlı Saleh Məmmədovun idarə etdiyi “VAZ 2108” markalı maşın toqquşub. Qəzadan sonra VAZ 2109-un sürücüsü Rüstəm Muradov, onun həyat yoldaşı 32 yaşlı Aynur Muradova və ailənin övladı 6 yaşlı Renad, VAZ 2108 markalı avtomobilin sürücüsü Saleh Məmmədov və onun sərnişini rayonun Yuxarı Tala kənd sakini 54 yaşlı Hacıömər Əlicanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.