• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 07.03.2018 22:55

Oğurluq faktının üstü açıldı

KepezTV Player

Göygöldə oğurluq faktının üstü açılıb. Fevralın 26-da rayonun Şəhriyar kəndində Familə Rəhimovanın evinə qanunsuz daxil olan şəxs oradan müxtəlif məişət əşyaları götürüb. Polisin şikayət əsasındsa apardığı əməliyyatla daha əvvəl də məhkumluq həyatı yaşayan 30 yaşlı Söhrab Elləzov saxlanılıb.

İlqar Əhədov - Göygöl Rayon Polis Şöbəsinin baş müstəntiqi: Ellazov Söhrab Sabir oğlu tərəfindən vətəndaşa məxsus evindən oğurladığı 1 ədəd televizor maddi sübut kimi götürülmüşdü. Faktla bağlı cinayət işi davam edir.

Söhrab Elləzov - saxlanılan şəxs:Bilirdim ki, evdə heç kim yoxdu. Qızıl pul elə bir şey fikrimdə olmayıb. Girdim qabağıma elə bunlar çıxdı, onları götürdü. Götürdüklərimi də şəhərdə satdım. Televizoru 55 manata, qazanı da 120 manata satdım. Pulu da xərclədim.

 

Elnur Vahidoğlu