KepezTV Player
Gəncə ASAN Xidmət Mərkəzi əlliyi olan gəncləri, valideyn himayəsindən məhrum uşaqları və ASAN Xidmət Könüllülərini bir araya gətirib. Ümumilikdə 100-ə yaxın gənc və məktəblinin iştirakı ilə sərgi təşkil olunub. Sərgilənən 30-a yaxın nümunə arasında Gəncə Uşaq Evi sakinlərinin də əl işləri yer alıb. Müxtəlif mövzulu rəsm əsərləri, toxuculuq nümunələri, bəzək əşyaları, milli geyimlər sərgiyə gələnlərdə maraq oyadıb. Əlliyi olan şəxslərin özlərinə olan inamını artırmaqla cəmiyyətə inteqrasiyasını hədəfləyən bu tip tədbirlərin bundan sonra da davam etdirilməsi planlaşdırılır.
Gülnar Fazilqızı
- Baxış: 617