• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1782
— 07.03.2018 15:06

Gəncə və Şəmkirdə vergi ödəyiciləri ilə görüş keçirilib

KepezTV Player

Vergilər nazirliyinin rəhbər şəxləri ərazi vergi orqanlarına ezam olunublar. Martın 5-dən başlayaraq Vergilər Nazirliyinin bütün ərazi vergi orqanlarında, Milli Gəlirlər Departamentində, Bakı şəhər Lokal Gəlirlər və Kişik Sahibkarlıqla İş departamentlərində sahibkarlarla görüşlər keçirilir.

Gəncədə baş tutan görüşdə 12 saylı Ərazi Vregilər Departamentinin xidməti ərazisinə daxil olan rayonlardan gələn sahibkarlarla söhbət aparılıb. Müzakirələr vergi sistemində şəvvaflığın təmin edilməsi, vergi orqanalrında idarəetmə prinsiplərinin yenidən təşkili və müasir vergi inzibatçılığının formalaşdırılması istiqamətində olub.

14 saylı Ərazi Vergilər İdarəsinə aid olan Şəmkirdə baş tutan görüşdə Gədəbəy Tovuz Ağstafa və Qazax rayonlarından 250-dən çox vergi ödəyicisi iştirak edib. Görüşdə müasir vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsindən və Vergilər Nazirliyinin müəyyən etdiyi hədəflərdən danışılıb, gələcək iş fəaliyyətinin əsas istiqamətləri açıqlanıb.    

 

Natiq Hüseyn