• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3145
— 07.03.2018 13:08

İki məktəblini maşın vurdu

KepezTV Player

Göygölün Yeni Qızılca kəndində yol qəzası baş verib. Kənd sakinləri - 15 yaşlı Coşqun Əskərovla həmyaşıdı Rəvan Əliyevi yolu keçən zaman avtomobil vurub. “VAZ 2107” markalı maşının sürücü, 23 yaşlı Etibar Abdullayev hadisə yerindən uzaqlaşsa da, sonradan polisə təslim olub. Yeniyetmələri isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına başqa insanlar aparıblar. Xəstələrə lazımi tibbi yardım göstərilib, Rəvanın vəziyyəti orta-ağır, Çoşqunun durumu isə kafidir. Polis faktı araşdırır. 

Zülfiyyə Telmanqızı