Bu günə xəbərlərin oxunma sayı: 887
— 07.03.2018 13:12

1 ədəd top mərmisi tapılıb

KepezTV Player

Beyləqan rayonunun Xaçınabad kəndi ərazisində 1 ədəd mərmi tapılıb. ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə 1 ev və həyatyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

Zülfiyyə Telmanqızı