• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 07.03.2018 13:18

Narkotik satışı ilə məşğul olanın oğurluqları da üzə çıxdı

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanlı qəsəbə sakini Seymur Zeynalov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 16,5 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq Seymur Zeynalovun əlindəki çantadan 2200 Avro, 246 manat, habelə 30 ədəd qapı açarı və 7 ədəd müxtəlif növ medal müəyyən olunaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman isə əlavə olaraq orada gizlətdiyi 2 kiloqram 250 qram heroin də aşkar olunub. Saxlanılan şəxs ifadəsində Sabunçu, eləcə də digər rayonların ərazilərində silsilə mənzil oğurluqları törətdiyini və üzərindən aşkar olunan pul və qiymətli əşyaları həmin cinayətlər nəticəsində ələ keçirdiyini bildirib.

Faktlarla bağlı 12-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

Zülfiyyə Telmanqızı